Azərbaycan Gürcüstanla iqtisadi-ticari əlaqələri müzakirə edib

İqtisadiyyat

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkədə səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyanın mətbuat xidmətindən bildirilib.

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın inkişafına diqqət yönəldiblər. Qeyd olunub ki, Gürcüstan hökumətinin prioritetlərindən biri ölkənin tranzit funksiyasının gücləndirilməsi və regional logistik habın yaradılmasıdır.

Görüşdə regional əhəmiyyətli infrastruktur layihələrə də toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolu, Gürcüstan dəmir yollarının modernləşdirilməsi və Şərq-Qərb avtomagistralının inşası layihələrinin müzakirəsi aparılıb.

İki ölkə arasında ticari əlaqələr məsələsi ətrafında da fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Azərbaycan son illər Gürcüstanın ən iri ticari tərəfdaşlarının ilk beşliyinə daxildir.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, “Gürcüstan dəmir yolları” SC-nin Baş direktoru David Peradze iştirak ediblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir