2022-ci ilin yanvar-iyun ayları ərzində 168 532 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% çoxdur.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, 6 aylıq göstəricinin 42 955-i (25,5%-i) ilkin, 125 577-si (74,5%-i) isə təkrar qeydiyyatın payına düşüb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ilkin qeydiyyat 29,7% artıb.
168 532 daşınmaz əmlak üzrə bölgü:
23 057 – fərdi yaşayış və bağ evi,
40 987 – mənzil,
98 866 – torpaq sahəsi,
5 622 – digər (qeyri-yaşayış binası, qeyri-yaşayış sahəsi, əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası, çoxillik əkmə).
Aytac Qasımova
www.RIA24.az