2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gəlir marjasını 10,2%-dən 11,4%-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib.
Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.
Beləliklə, SOCAR 2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub.
“Bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir”, – məlumatda deyilir.
www.RIA24.az