Avtomobil satışı ilə məşğul olan müəssisə beş hibrid avtomobil idxal edib.
Həmin avtomobillərin cari təmir işləri görülməklə satışı həyata keçirilərsə, bu zaman ƏDV öhdəliyi yaranırmı?
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.
Bununla yanaşı, istehsal tarixi 3 ildən yuxarı olan hibrid avtomobillərin satışı isə ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.
www.RIA24.az