Rövşən Nəcəf müasir dövrdə işə götürənlərin tələblərindən DANIŞDI

İqtisadiyyat

“Müsabiqədə bu mərhələyə gələnlərin hər birini təbrik edirəm. Nəticədən asılı olmayaraq, bu layihədə iştirak etmək və nəticələr əldə etmək özü də böyük uğurdur”.

Oxu.az xəbər verir ki, bu fikirləri bu gün “Yüksəliş” müsabiqəsinin final mərhələsinin start götürdüyü tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf deyib.

O bildirib ki, biz artıq sabitliyə yox, dəyişikliklərə öyrəşməliyik:

“Çətinliklərdən, maneələrdən asılı olmayaraq, biz dəyişikliklər etməliyik. Hər birimiz öz fərqliliyimiz, müxtəlifliyimizlə seçilirik. Əsas məqsədimiz bu günə qədər topladığımız bilik-bacarıqlar, təcrübələr çərçivəsində qarşıya qoyduğumuz yeni ideyalara çatmaqdır.

Müasir dövrdə hər bir işə götürən CV-də yazılanlardan çox, şirkətə, kollektivə bacarıq baxımından nələr vəd edəcəyinizlə maraqlanır. Fərd olaraq biz təşkilata, özümüzə faydalı olmalıyıq. Liderlik, intellektuallıq önəmlidir. Liderlik xüsusiyyətləri hər kəsdə var. Lakin onu üzə çıxarmaq üçün 10 nəfərlik auditoriyada 7 nəfərin səni qınayacağını bildiyin halda çətinlikdən qorxmadan fikrini azad ifadə edə bilməkdir. Bununla da insanlar növbəti mərhələlərdə öz üzərində çalışaraq, bilik və bacarıqlarını təkmilləşdirirlər. Zaman dəyişdikcə hər şey dəyişir və biz bu dəyişikliklərə uyğunlaşmağa alternativlər tapmalıyıq”.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir