Orxan Məmmədov pandemiyanın iş rejiminə təsirindən DANIŞDI

İqtisadiyyat

“Bu gün dünyada bir çox qurumlar və onu idarə edən menecerlər dəyişkən iş mühiti, dəyişkən işçi qüvvəsi, dəyişkən texnologiya və beynəlxalq qeyri-müəyyənliklərlə anlaşmaq məcburiyyətində qalırlar”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Yüksəliş” müsabiqəsinin final mərhələsində “Müasir çağırışlar və insan kapitalı formalaşması” mövzusunda çıxışı zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, COVID-19 pandemiyası dövründə şəraitə uyğun olaraq məsafədən iş rejiminə keçən təşkilatlar üçün böhran vəziyyətini daha yaxşı idarə etmək təcrübəsi formalaşdı:

“Bu da gələcəyəyönümlü, dəyişən situasiyalara və fors-major hallara sürətli uyğunlaşma kimi keyfiyyətlərə malik komandalar üçün daha asan oldu. Bu baxımdan daha səmərəli və adaptiv iş şəraiti yaratma istiqamətində çevik fəaliyyətin təşkili bu gün hər birimiz üçün uğurlu bir təcrübə kimi qiymətləndirilə bilər.

Müasir dövrdə hər bir fəaliyyət sahəsi sosial mediaya bağlanır, istifadəçilər öz fikirlərini, müxtəlif informasiyaları paylaşmaq üçün bu vasitədən istifadə edirlər”.

“Əməkdaşlar onlardan sadəcə asudə vaxtlarını keçirmək üçün istifadə etmirlər, həm də öz işlərində istifadə edirlər, KOBİA-nın fəaliyyəti ilə bağlı məlumatların, mühüm mesajların geniş təbəqəyə çatdırılmasında fəal iştirak edirlər. Eyni zamanda, əməkdaşlar biznes sahəsində maraqlı tərəflərlə əlaqələrin qurulmasında, o cümlədən ehtiyacların, ictimai fikrin öyrənilməsi və sahibkarlığın inkişafına dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində sosial medianın imkanlarından faydalı şəkildə istifadə edirlər”, – deyə Orxan Məmmədov qeyd edib.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir