Rövşən Nəcəf müasir dövrdə işəgötürənlərin tələblərindən DANIŞDI

İqtisadiyyat

“Yüksəliş” müsabiqəsinin final mərhələsinə yüksəldiyiniz üçün ilk növbədə hər birinizi təbrik edirəm! Nəticədən asılı olmayaraq, bu müsabiqədə iştirak etmək özü artıq böyük bir uğurdur”.

Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin final mərhələsinin start götürtdüyü tədbirdə çıxış edərkən deyib. 

O bildirib ki, biz daim müasir dövrdə baş verəcək dəyişikliklərlə ayaqlaşmalıyıq: “Hər bir işəgötürən CV-də qeyd edilən təhsil və təcrübə ilə yanaşı, səriştə və bacarıqlara böyük önəm verir”.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) növbəti 10 ildə 1 milyard vəzifə üzrə yeni səriştəliliklərin tələb olunacağı proqnozuna diqqət çəkən Rövşən Nəcəf, bildirib ki, gələcək səriştəliliklər arasında proqramlaşdırma və sistem təhlili kimi müxtəlif texniki, həmçinin yaradıcılıq, təşəbbüskarlıq, tənqidi düşünmə kimi “yumşaq” bacarıqlar tələb olunacaq.

O vurğulayıb ki, uğurlu idarəçi ilk növbədə davamlı öyrənməyə səy göstərməli, yeni axtarış, yeni sınaq, yeni təcrübə əldə edib təkrar öyrənməyə can atmalıdır: “Əsas məqsədimiz bu günə qədər əldə etdiyimiz bilik-bacarıqlar və təcrübələrlə qarşıya qoyduğumuz yeni hədəflərə çatmaq, ideyalarımızı reallaşdırmaq olmalıdır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir