Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağına istehlakçılar tərəfindən 1 295,2 mln. manat xərclənib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 8,6% və ya 102,6 milyon manat çoxdur.
Bu ilin may göstəricisi ilə müqayisədə iyun satışlarının həcmi 18,3% və ya 40,1 milyon manat artaraq 258,8 milyon manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk altı ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədikləri vəsaitin 5,7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisindən 0,5 faiz bəndi azdır.
www.RIA24.az