“İndiyə qədər Azərbaycanın sənaye zonalarına 58 rezident 6,4 milyard manatdan çox sərmayə yatırıb və 10 100-dən çox daimi iş yeri yaradıb”.
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə mövcud layihələr üzrə 450 milyon manatdan çox investisiya yatırılması və 4 500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İndiyədək sənaye zonalarına 58 rezident tərəfindən 6,4 mlrd. ₼ çox sərmayə yatırılıb və 10.100-dən çox daimi iş yeri yaradılıb.
Növbəti mərhələdə mövcud layihələr üzrə 450 mln. ₼ çox investisiya yatırılması və 4.500-dən artıq yeni iş yerinin təşkili nəzərdə tutulur.#EconomyAz pic.twitter.com/LBKTPKlabB— Mikayil Jabbarov (@MikayilJabbarov) July 22, 2022
www.RIA24.az