“İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu özəl sektora dövlət dəstəyi çərçivəsində bu il 1 384 layihənin maliyyələşdirilməsinə 53,9 milyon manat güzəştli kredit verilib”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında məlumat verib.
“Kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə 96,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Verilmiş kreditlər 1 379 yeni iş yerinin yaradılmasına imkan verir”, – deyə o qeyd edib.
www.RIA24.az