İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC Avstraliyanın “TÜV Austria Cert GmbH” şirkəti tərəfindən bir neçə “IMS” sertifikatına layiq görülüb.
Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Məlumata görə, bunlar EN ISO 9001:2015 (“Keyfiyyət İdarəetmə Sistemi” beynəlxalq standartı), EN ISO 14001:2015 (“Ətraf Mühiti İdarəetmə Sistemi” beynəlxalq standartı), ISO 45001:2018 (“Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyini İdarəetmə Sistemi” beynəlxalq standartıdır.
“SOCAR Polymer”in fəaliyyətinin beynəlxalq standartlara cavab verdiyini əks etdirən bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulun ixrac imkanlarının daha da genişləndirilməsinə imkan yaradacaq.
“SOCAR Polymer” 2013-cü ildə rezidenti kimi qeydiyyata alınıb. Şirkətin Kanada və Avstriya texnologiyalarından istifadə etməklə yaratdığı müəssisəsinin illik gücü 184 min ton polipropilen (PP) və 120 min ton yüksək sıxlıqlı polietilen istehsalıdır. İndiyə qədər “SOCAR Polymer” 984 milyon manatlıq məhsul istehsal edib, bunun 885 milyon manatlıq hissəsini ixrac edib. İstehsal olunan məhsullar 15 ölkəyə “Made In Azerbaijan” brendi ilə ixrac olunur. İnvestisiya dəyəri 864 milyon ABŞ dolları olan müəssisədə 750 nəfərdən çox insan daimi işlə təmin edilib.
www.RIA24.az