Prezidentdən 5,6 milyon manatlıq sərəncam

Gündəm İqtisadiyyat

Prezident İlham Əliyev “Salyan rayonunun Yuxarı Noxudlu–Aşağı Noxudlu–Xurşud–Aşağı Kürkəndi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamla altı min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yuxarı Noxudlu–Aşağı Noxudlu–Xurşud–Aşağı Kürkəndi avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir