BP şirkəti hibrid istiqrazlar vasitəsilə 12 milyard ABŞ dollarına yaxın vəsait cəlb edib.
Şirkət bütövlüklə 5 milyard ABŞ dolları, 4,75 milyard avro, 1,25 milyard da funt əldə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl BP COVID-19 pandemiyası və neftin ucuzlaşması üzündən cari ilin ikinci rübündə 13-17,5 milyard ABŞ dolları həcmində aktivlərini sildiklərini açıqlamışdı. Aprel ayının sonunda BP xalis mənfəətinin 6 faiz azaldığını bildirmişdi. Belə ki, şirkət tarixində, “Citigroup” bankının borc bazarları üzrə idarəçi direktoru Kolm Rayney bildirib ki, BP tərəfindən ilk dəfədir hibrid istiqrazlar yerləşdirilməsi “çətin vəziyyətdə balansı sabitləşdirməyə” kömək ola bilər.
Həm istiqraz, həm də səhm cəhətlərinə malik olan hibrid istiqrazları müəyyən şərtlərlə borcalan şirkətin səhmlərilə əvəzlənərək borc qismində qeyd olunmur ki, nəticədə şirkətin kredit reytinqinə xələl gəlmir. 2008-2009-cu illərdə ABŞ ipoteka bazarında çətinliklər üzündən aktivləri silinən banklar vəsait cəlb etmək üçün külli miqdarda hibrid istiqrazlar buraxırdılar. Belə ki, yalnız 2008-ci ilin aprel ayında “JP Morgan Chase”, “Citigroup”, Merrill Lynch”, “Bank of America” 25 milyard ABŞ dollarından artıq hibrid istiqrazlar yerləşdirdilər. 2012-2013-cü illərdə avrozonanın bəzi ölkələrində baş verən borc böhranı zamanı da Avropa bankları hibrid istiqrazlar buraxmaqla vəziyyətdən çıxmağa çalışdılar.
Bu ayın əvvəlində də İspaniyanın “Repsol” neft-qaz şirkəti də hibrid istiqrazlar vasitəsilə 1,5 milyard avrodan artıq vəsait cəlb etdi.