Azərbaycanda dövlət qulluqçularının neçə faizi qadındır? – STATİSTİKA

Azərbaycanda dövlət qulluqçularının 29 faizini qadınlar təşkil edir.
2020-ci il yanvarın 1-nə olan məlumata əsasən, ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olub.
Dövlət qulluqçularının 7,2 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 23,8 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 28,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Dövlət qulluqçularının 17,3 faizini 30 yaşadak, 16,3 faizini 30-34 yaşda, 23,8 faizini 35-44yaşda, 19,9 faizini 45-54 yaşda, 21,3 faizini 55-64 yaşda, 1,4 faizini 65 və yuxarı yaşda olanşəxslər təşkil edir.
2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1022,2 manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 28,3 faiz, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir