“Azon zavodu”nun direktoru dəyişib

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-nin direktoru İlqar Qurbanov vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, müəssisəyə rəhbərlik Tehran Əliyevə həvalə olunub.
İ.Qurbanov isə nazirliyə məxsus “Şirvan Araz Zavodu” MMC-nin direktor müavini vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, “Azon zavodu” 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, 2006-cı ildən isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. Onun nizamnamə kapitalı 554 928 manatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir