Bu şəxslərə əlillik müddətsiz verilir

10 il fasiləsiz II dərəcə əlillik təyinatından sonra müddətsiz əlillik təyin olunur.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

O qeyd edib ki, I dərəcə əlillik ilk dəfədən müddətsiz təyin edilir:

“Yaşa görə pensiya almaq hüququ olan şəxslərə də əlillik dərəcəsi müddətsiz təyin olunur. Bəzi hallar da var ki, bunlar da 413 nömrəli əsasnamədə əksini tapıb. Bunlar geridönməz proseslər, anatomik deffektlər, psixi qüsur halları olanda əlillik təyinatı müddətsiz olunur”, – deyə İ.Yusifov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir