Ölkəyə gətirilən avtomobillərin sayı açıqlandıİqtisadiyyat
Ötən il ərzində Azərbaycana idxal oluan avtomobillərin sayı açıqlanıb. Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, 2020-ci il ərzində Azərbaycana 53729 nəqliyyat vasitəsi idxal olunub ki, bu da 2019-cu illə müqayisədə 12 faiz çoxdur. S.Mehdiyevin sözlərinə görə, 2019-cu ildə ölkəmizə 47 709 nəqliyyat vasitəsi idxal olunub. Komitə sədri qeyd edib ki, ölkəyə idxal olunan avtomobillərin böyük əksəriyyəti istismar olunmuş avtomobillərdir.