Yunanıstan Azərbaycan qazını almağa başladı

Trans-Adriatik qaz kəməri (TAP) ilə Xəzər regionundan Yunanıstana təbii qaz tədarükü başlayıb.
Bu barədə Yunanıstanın DEPA şirkəti məlumat yayıb.
Qeyd olunub ki, 2013-cü ilin sentyabrında şirkət “Şahdəniz” konsorsiumu ilə qaz tədarükü ilə bağlı 25 illik müqavilə imzalayıb:
“TAP vasitəsilə kommersiya tədarükünün başlaması ilə Yunanıstan tədarük strukturunu daha çox şaxələndirəcək. Bu layihə rəqabətqabiliyyətli qaz qiymətlərini təmin edəcək və bunun faydasını daha çox istehlakçılar görəcək”.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının TAP vasitəsilə Avropaya tədarükü başlayıb.(Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir