Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə M.Müşfiq küçəsində yerləşən su şirkətinin ofisindən 8450 manat dəyərində 5 ədəd su süzgəcinin oğurlanması barədə şikayət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elmar Babayev, Anar Kuliyev və Göyçay rayon sakini Hilal Salmanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
www.102info.az