Bakının Suraxanı rayonu ərazisində 15 yaşlı Hacızadə Elnur naməlum şəxs tərəfindən döyülüb.
Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə zərəçəkmişin yaxınları tərəfindən göndərilib.
Belə ki, repetitor hazırlığından çıxan Elnur Qaraçuxur qəsəbəsində yerləşən Yusif Eyvazov küçəsi 31 ünvanında fiziki zorakılığa məruz qalıb.
Ona xəsarətlər yetirən şəxsin kimliyi məlum olmasa da, hadisə ilə bağlı polisə şikayət edilib.
www.102info.az