Qazaxda iki nəfərin davası qanlı bitdi: 25 yaşlı şəxs bıçaqlandı

Kriminal

Qazaxda iki nəfərin mübahisəsi bıçaqlanma ilə bitib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Məmmədov Əli 1997-ci il təvəllüdlü həmyerlisi Rəfiyev Elşənə şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirib.

Zərərçəkən qarın nahiyəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda nəzarət altındadır.

Hazırda hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir