Kürdəmirdə minik avtomobili piyadanı vurub

Kriminal

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gecə saatlarında Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

“Chevrolet” markalı minik maşını hələlik şəxsiyyəti məlum olmayan piyadanı vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir