Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 1800 manat dəyərində qızıl boyunbağının oğurlanması barədə müraciət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Taleh Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
www.102info.az