Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb. Yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Mahmudov İmran Sadiq oğlunu avtomobil vurub. 61 yaşlı kişi aldığı xəsarətlərdən keçinib.
Piyadanı vuran avtomobil hadisə yerindən yayınıb. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az