Goranboyda ər arvadını qətlə yetirməkdə şübhəli bilinir

Kriminal

Goranboyda hərbçi həyat yoldaşının başını kəsib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü hərbçi, baş leytenant Həsənli Bəbir İntiqam oğlu arvadı, 1991-ci il təvəllüdlü MAXE Zəhra Babayevaya çoxsaylı bıçaq xəsarətləri yetirdikdən sonra qadının başını kəsib.

Cütlük oktyabrın 9-da rəsmi nikaha daxil olub. Z.Babayeva həyat yoldaşı ilə yaşamaq istəmədiyi üçün öldürüldüyü bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Goranboy rayon Polis Şöbəsinə qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yeririlməsi ilə bağlı məlumat daxil olub:

“Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir