Gəncədə əri tərəfindən bıçaqlanan qadının gözləri amputasiya edilib

Kriminal

Noyabrın 11-də Gəncə şəhərində əri tərəfindən bıçaqla gözü çıxarılan 1982-ci il təvəllüdlü H.Quliyevanın gözləri bu gün müalicə aldığı xəstəxanada amputasiya olunub.

Oxu.Az-ın məlumatına görə, hər iki gözünü itirən qadın ömürlük görmə qabiliyyətindən məhrum olub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Səttar Cəlilov özündən 17 yaş kiçik həyat yoldaşı H.Quliyevanın qollarını bağlayıb, daha sonra bıçaqla gözünü çıxardıb. Hadisəni törədən S.Cəlilov sonra özünü bıçaqlayaraq intihar edib.

Cütlüyün bir oğul və bir qız övladları var. Hadisə baş verən zaman qız övladları evdə olub və bütün olanlar onun gözü qarşısında baş verib.

Qeyd edək ki, hadisədən sonra həmin uşaqda psixoloji problemlər yaranıb. Hazırda ana nənəsinin nəzarətindədir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir