Abşeronda 27 yaşlı şəxs bıçaqlanıb.
“Report” xəbər verir ki, hadisə Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü İbrahimli Mirəli Aqil oğluna tanımadığı şəxs tərəfindən döş qəfəsinə bıçaqla xəsarət yetirilib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş 1980-ci il təvəllüdlü Qasıməliyev Rəhman Rasul oğlu şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.
www.102info.az