Biləsuvarda 31 yaşlı kişi bıçaqlanıb.
APA xəbər verir ki, bıçaqlanma hadisəsi rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Nazim Qəribəli oğlu Əhədov kəsici-deşici xəsarətlərlə rayon xəstəxanasına aparılıb.
Rayon Polis Şöbəsi hadisənin hansı zəmində baş verdiyini araşdırır.
www.102info.az