Gəncə sakini bıçaq xəsarəti alıb.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
1999-cu il təvəllüdlü Arzu Abdulayev döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 23 yaşlı gənc oğlan özü özünə bıçaqla xəsarət yetirib.
Onun özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır
www.102info.az