Yaşlı kişini avtomobil vuraraq ağır xəsarət yetirdi

Kriminal

Saatlıda 71 yaşlı kişini avtomobil vuraraq ağır xəsarət yetirib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Əzizov Cəlil Yunsur oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az