Azərbaycan sərhədini pozaraq Gürcüstana getmək istəyən əcnəbi saxlanılıb

Kriminal

Azərbaycan sərhədini pozaraq Gürcüstana getmək istəyən Hindistan vətəndaşı saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Belə ki, dekabrın 9-da saat 01:45-də Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstan istiqamətində keçməyə cəhd edən Hindistan vətəndaşı, 1998-ci il təvəllüdlü Ponnaqanti Ayyappa Reddi oğlu saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin rəsmi qaydada ölkə ərazisinə gəldiyi, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir