Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dünən törədilən qətlin təfərrüatı məlum olub.
APA xəbər verir ki, 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsinə səbəb həmkəndlisi və həmyaşıdı Rəhman Süleymanovla aralarındakı söyüş olub.
Belə ki, R.Süleymanov çəkdiyi videoları sosial şəbəkə hesabında yerləşdirib. Həmin videoların müzakirəsi zamanı tərəflər arasında başlanan münaqişə qanla bitib.
R.Süleymanov söyüş söydüyü üçün T.Abdullayevi kəsici-deşici alətlə qətlə yetirib.
Tuncay Abdullayev bu gün səhər Babək rayon Cəhri qəsəbəsində dəfn edilib.
Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
www.102info.az