Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə metronun “Nizami” stansiyasının qarşısındakı parkda qeydə alınıb.
Belə ki, paytaxt sakini 1958-ci il təvəllüdlü Babayev Oqtay Muxtar oğlu pul borcu olduğu şəxslə mübahisə edib.
Mübahisə zamanı O.Babayev bıçaqlanıb.
Yaralı bədənin müxtəlif sahələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
www.102info.az