Oğlunu öldürən şəxslə bağlı qərar çıxarıldı

Kriminal

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada qətl törətməkdə təqsirləndirilən Nüsrət Vahabovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Sumqayıtda Ağır Cinayətlər Məhkəməsinin hökmü Nüsrət Vahabov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2022-ci ilin mayında baş verib. Həmin gün Nüsrət Vahabov evə sərxoş vəziyyətdə gələrək bazardan aldığı əti doğramağa başlayıb. Bu zaman oğlu Sərraf Ramazan bayramı günü spirtli içki qəbul etməsi ilə əlaqədar atasına irad tutub. Nəticədə tərəflər arasında ciddi mübahisə yaşanıb.

Mübahisə əsnasında Sərraf atasına yumruqla və həyətdə istifadə olunan bellə zərbələr endirib. Nüsrət Vahabov isə oğlunu cəzalandırmaq məqsədi ilə cibindən çıxardığı bıçaqla onun ürək nahiyəsinə zərbə endirib. Nəticədə oğlu qanitirmədən ölüb.

Məhkəmə ifadə verən Nüsrət Vahabov bildirib ki, oğlu narkotik aludəçisi olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir