20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Oxu.Az-a bildirib ki, yanvarın 20-də Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.
Cəhdin qarşısı alınıb və onlardan biri – Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.
www.102info.az