Bu gün Goranboy rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonu Bağçakürd kəndi ərazisində baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Sevinc Məmmədova bıçaqla qətlə yetirilib.
Daxili İşlər Nazirliyindən saytımıza bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az