Bir ailənin üç üzvünü bıçaqlayan şəxs ƏLƏ KEÇDİ

Kriminal

Ötən gün bir ailənin üç üzvünü bıçaqlayan şəxs tutulub. 

Bununla bağlı Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

O bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Babək Nəsirovu Sumqayıt şəhərində saxlayaraq istintaqa təhvil veriblər. 

Qeyd edək ki, ötən gün 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 

Hər üç zərərçəkən xəstəxanaya yerləşdirilib, cərrahiyyə əməliyyatı olunub.

Həmin şəxsləri Elnurə Əlimərdanovun keçmiş həyat yoldaşı Babək Nəsirov yaşadıqları evdə bıçaqlayıb.

Samir İsayev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir