Qanunsuz olaraq balıq ovu məşğul olan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Mingəçevir Su Anbarının ərazisindən quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.
Monitorinq zamanı Mingəçevir Su Anbarının Xanabad körfəzi adlanan ərazisində qanunsuz olaraq balıq ovu məşğul olan Yevlax şəhər sakini Ceyhun Əzizov saxlanılıb və ovladığı 33 ədəd sıf balığı, ümumi uzunluğu 200 metr olan və istifadəsi qanunla qadağan edilmiş sintetik tor, 1 ədəd motorlu qayıq və 2 ədəd avar maddi sübut kimi götürülüb. Ümumilikdə təbiətə 1089 manat məbləğində ziyan vurmaqda şübhəli bilinən C.Əzizov barəsində araşdırmalar davam etdirilir.
Su Nəqliyyatında Polis İdarəsindən balıq və digər ov sahələri ilə məşğul olan şəxslərin fəaliyyətlərini qanunla müəyyən edilmiş qaydada tənzimləməsi, təbiətə ziyan vurmaması xahiş olunur.
www.102info.az