Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edildi

Kriminal

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Səbuhi Zülalova hökm oxunub və 17 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü S. Zülalov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Zülalova qarşı 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir