Bakıda müəllim şagirdi döydü, valideyn polisə müraciət etdi

Kriminal

Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müəllim tərəfindən döyüldüyünü bildirib.

“Qafqazinfo” xəbər verir ki, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən A.S. övladı, 2008-ci il təvəllüdlü Asimanın (şərti) 273 saylı məktəbdə müəllimə tərəfindən döyüldüyünü bildirib.

O, hadisənin xuliqanlıq zəminində baş verdiyini iddia edib və müəllimə barəsində tədbir görülməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir