Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat tədbiri nəticəsində qadına qarşı soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Bərdə RPŞ-yə fərdi yaşayış evinə qanunsuz daxil olan şəxsin ev sahibəsinə qarşı soyğunçuluq əməli törətməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Eldəniz İsayev saxlanılıb. O, soyğunçuluq edərək ələ keçirdiyi pulun bir qismi ilə birlikdə istintaqa təqdim olunub.
Faktla bağlı Bərdə RPŞ-də E.İsayev barəsində Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü (soyğunçuluq) maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
www.102info.az