İsmayıllıda qadın özünü bıçaqlayıb.
“Qafqazinfo” xəbər verir ki, rayonun İsmayıllı kənd sakini, 1990-cı il təvəllüdlü A.İsayeva (ad və soyad şərti) atasına məxsus evdə özünü qarın nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilmiş qadının vəziyyəti orta-ağırdır.
İlkin araşdırma zamanı 33 yaşlı qadının evdə övladlarına əsəbiləşməsi nəticəsində özünə xəsarətlər yetirməsi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.102info.az