Qərara əsasən Murad Niftizadəyə təyin olunmuş ittiham olunduğu maddələrin sanksiyasının maksimum həddi – 20 il həbs cəzası 18 ilə endirilib.
APA xəbər verir ki, hökm qalan hissələrdə qüvvədə saxlanılıb.
Qeyd edək ki, Murad Niftizadə 2019-cu ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib. O, hadisədən dərhal sonra mühakimə olunmaqdan yayınaraq Rusiya Federasiyasına gedib.
Murad Niftizadə barəsində Cinayət məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri cinayət işi başlanılıb, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Murad Niftizadə 2021-ci il oktyabrın 17-də Rusiyada həbs olunub, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında 2022-ci il mart ayında Azərbaycana ekstradisiya olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Niftizadə 20 il müddətinə azadlıqdan məhrum edilib.
www.102info.az