Xəbər verildiyi kimi martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.
O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib.
Görülmüş tədbirlərlə o, zərərsizləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.
21:52
Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.
“Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir”, – deyə nazirlikdən bildirilib.
www.102info.az