Bakıda şirkətə basqın olub.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən “HN-Construction” şirkətinə basqın edən 2 nəfər ofisin şüşələrini sındıraraq, əmlakı zədələyiblər.
Nəticədə şirkətə 2 min manatdan çox ziyan dəyib. İlkin məlumata görə, hadisəni Aqşin və Əli adlı şəxslər törədiblər. Bu barədə polisə məlumat verilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
www.102info.az