Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Yeganə Hümbətovanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Elşən Quliyev Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Bundan başqa, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 13-də keçmiş həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini, 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara RPŞ-nin əməkdaşlarına təhvil verilib.
www.102info.az