Anasını öldürən 16 yaşlı gənc hakim qarşısına çıxacaq

Kriminal


Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadə barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Pravda.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən şəxs cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 31-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb. Metronun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İ.Məmmədzadə ilə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib.

İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir