Ali Məhkəmə Vüqar Səfərli ilə bağlı qərarını açıqlayıb – VİDEO

Kriminal


Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun həbsdə olan sabiq rəhbəri Vüqar Səfərlinin təqsirsiz olması ilə bağlı bəraət verilməsi barədə və müsadirə edilən əmlaklarının qanunsuz müsadirəsi ilə bağlı Ali Məhkəməyə verilən kassasiya şikayəti əmlaklar hissəsində təmin edilib.

Baku TV xəbər verir ki, həmin hissədə apellyasiya məhkəməsinin qərarı ləğv edilib, əmlak hissəsində araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilib. Bəraət verilməsi ilə bağlı şikayəti isə təmin edilməyib. 

Xatırladaq ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib. O, 2021-ci il yanvarın 14-də həbs olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir