Bacısının evində qonşunu öldürmək istəyən şəxslə bağlı qərar

Kriminal


Ali Məhkəmədə Oğuzda qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Qabil Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qabil Əliyev 11 il 3 ay azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

İttihama görə, Qabil Əliyev ötən il mayın 25-də axşam saat 23 radələrində ailə üzvləri ilə birlikdə Oğuz rayonu Tayıflı kəndində yaşayan bacısı Vəfanın evinə gedib.

Qabil Əliyev bacısının evinə daxil olan zaman Vəfanın qonşusu İmran Quliyevi zalda kreslonun arxasında gizlənmiş vəziyyətdə aşkar edib. Qabil İmranın bacısı ilə intim əlaqədə olduğunu zənn edərək qısqanclıq zəminində zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə eyvanda olan ailə üzvlərini yola salıb, ağac götürərək evə qayıdıb. Zala daxil olaraq həmin ağacla və daha sonra yumruqla İmranın sifətinə zərbə endirib.

İmran qaçmağa cəhd göstərsə də, təqsirləndirilən şəxs onu tutaraq eyvana çıxarıb, burada mətbəx bıçağı ilə bir dəfə onun sağ sağrı nahiyəsinə zərbə endirib, lakin bıçağın tiyəsi qırılıb.

İmran yenidən qaçmaq istəsə də, Qabil buna imkan verməyərək onu evin pilləkənlərinin qarşısına yıxaraq əlinə keçən kasa ilə başına zərbə endirib. Bundan sonra isə sapı taxtadan olan beli götürərək İmranın baş və bədən hissələrinə çoxsaylı xəsarətlər yetirib. İmran Quliyev zərbə nəticəsində huşunu itirib. Bundan sonra Qabil hadisə yerini tərk edib. Daha sonra hüquq-mühafizə orqanları tərəfindən Qabil Əliyev tutularaq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Məhkəmədə Qabil Əliyev özünü qismən təqsirli bilib. Deyib ki, hadisə olan gün anası Zəminənin doğum günü olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir