Bakıda mağazada iş adamının meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu, Bakı küçəsi 1 ünvanında yerləşən mağazada baş verib.
Həmin obyekti icarə əsasında işlədən Daşkəsən rayon sakini, 1973-cü il təvəllüdlü M.Bayramovun meyiti iş yerində aşkar edilib.
Onun üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. M.Bayramovun ölüm səbəbi hələlik açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az